"Arsenal" Qabriel Maqalyaesin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı mərkəz müdafiəçisi 2029-cu ilin yayına kimi Premyer Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Arsenal" Qabriel Maqalyaesi 2020-ci ilin sentyabr ayında "Lill"dən transfer edib. Braziliya millisinin üzvü olan 27 yaşlı futbolçu başa çatan mövsümdə "topçular"ın heyətində keçirdiyi 42 oyunda 5  qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest