2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan daha bir milli komanda müəyyənləşib.

Matc.az xəbər verir ki, İordaniya yığması DÇ-2026-ya vəsiqəni təmin edib.

Camal Sellaminin rəhbərlik etdiyi kollektiv Asiya zonası üzrə seçmə mərhələnin 9-cu turunda səfərdə Omanı 3:0 hesabı ilə məğlub edib. İordaniya seçməsi sona 1 tur qalmış 3-cü pillədə yer alan İraqı 4 xal qabaqlayır. Onlar tarixləri ərzində ilk dəfə dünya çempionatında iştirak edəcəklər.

Qeyd edək ki, ev sahibləri olan Kanada, ABŞ və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelaandiya, İran, Argentina, Özbəkistan və Cənibi Koreyanın da mundialda iştirak edəcəyi dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest