Karlos Kuestanın "Qalatasaray" karyerası qısa çəkə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisinin performansından məmnun deyil.

"Qalatasaray" Kuesta ilə yollarını ayıracaq. "Sarı-qırmızılar" futbolçunun meneceri ilə görüşüb və ona yeni klub tapmaq təlimatı verib.

Qeyd edək ki, "Qalatasaray" Karlos Kuestanı bu ilin favral ayında "Genk"dən 8 milyon avroya transfer edib. 26 yaşlı müdafiəçi "cim bom"un heyətində 9 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest