İcarə əsasında "Qalatasaray"da çıxış edən Alvaro Morata İstanbul klubundan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Morata növbəti mövsümdə ona əsas heyətdə oynamaq zəmanəti verilmədiyi üçün ayrılıq qərarına gəlib. İspan hücumçu qərarını klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında "Milan"dan 1 illik icarəyə götürüb. İspaniya millisinin üzvü olan 32 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində keçirdiyi 16 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest