İspaniyanın gənclərdən ibarət yığmasının hücumameyilli yarımmüdafiəçisi Qabriel Veyqa "Əl-Əhli"dən "Portu"ya keçib.

Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqavilə imzalandığını Portuqaliya komandasının mətbuat xidməti rəsmən açıqlayıb.

Veyqa ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Veyqa "Əl-Əhli"nin heyətində bütün turnirlərdə 46 matçda iştirak edib, 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest