"Milan"ın qapıçısı Mayk Menyan "Çelsi"yə keçmək istəyi ilə bağlı İtaliya nəhənginin rəhbərliyinə məlumat verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Ben Ceykobs paylaşıb.

Bildirilir ki, Milan klubu 29 yaşlı qolkiperin mümkün transferi üçün 20-25 milyon funt-sterlinq (23-28 milyon avro) istəyir. Londonlular isə iyunun 15-də başlayacaq klublararası dünya çempionatı başlamazdan əvvəl Menyan ilə müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, ötən mövsüm Menyan bütün turnirlərdə 53 matçda iştirak edib, 15 oyunda qapısını toxunulmaz saxlayıb. 29 yaşlı qolkiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest