"İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi MLS-də may ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Ötən ay argentinalı futbolçu çempionatın yeddi oyununda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, bütün yarışlarda 59 matçda iştirak edib, 49 qol vurub və 24 məhsuldar ötürmə edib. 37 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest