05 İyun 2025, 15:54
FUTBOL
"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Almaniyada çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Leypziq" türk vingeri transfer etmək istəyir. Bundesliqa klubu Barış üçün rəsmi təklif göndərməyə hazırlaşır. "Sarı-qırmızılar" 24 yaşlı futbolçu üçün 30 milyon avrodan yuxarı olan təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü olan oyunçu başa çatan mövsümdə İstanbul təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 14 qol vurub, 6 qol ötürməsi edib.