05 İyun 2025, 14:20
FUTBOL
"Yuventus" baş məşqçisi İqor Tüdorla bağlı qərar verib.
Matc.az xəbər verir ki, Turin təmsilçisi xorvatiyalı mütəxəssisi komandada saxlayacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
47 yaşlı məşqçi yeni mövsümdə də "ağ-qaralar"a rəhbərlik edəcək.
Qeyd edək ki, İqor Tüdor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunub. Komanda A Seriyasını 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.