05 İyun 2025, 13:38
FUTBOL
"Marsel"ın futbolçusu Adrien Rabyo İtaliyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Milan" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Baş məşqçi Massimiliano Alleqri "Yuventus"da birlikdə çalışdığı oyunçunu yenidən sərəncamında görmək arzusundadır. İtalyan mütəxəssis 30 yaşlı futbolçu ilə şəxsən özü danışıq aparır.
Qeyd edək ki, Adrien Rabyo ötən mövsüm "Marsel"in heyətində keçirdiyi 31 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib. Onun Fransa klubu ilə 1 illik müqaviləsi var.