05 İyun 2025, 13:15
FUTBOL
"Çelsi" heyətini yeni hücumçu ilə güclənddirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Londonlular "İpsviç Taun"dan Liam Delapı transfer edib. "Çelsi" İngiltərə millisinin üzvü üçün onun klubuna 35 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.
Delapla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. 22 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Liam Delap ötən mövsüm "İpsviç Taun"un heyətində keçirdiyi 40 oyunda 12 qol vurub, 2 qol ötürməsi edib.