Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Matc.az xəbər verir ki, A Liqasında ikinci yarımfinal qarşılaşmasında İspaniya Fransa ilə üz-üzə gəlib.

Almaniyanın Ştutqart şəhərində baş tutan qarşılaşmada qapılara 9 qol vurulub. Daha inamlı təsir bağışalayan İspaniya, qələbə qazanaraq adını finala yazdıran tərəf olub.

Qeyd edək ki, İspaniya finalda Portuqaliya millisi ilə üz-üzə gələcək. 

Millətlər Liqası
A Liqası, yarımfinal 
5 iyun

İspaniya – Fransa - 5:4
Qollar:
Uilyams, 23, Merino, 26, Yamal, 54 (pen), 67, Pedri, 55 // Mbappe, 59 (pen), Çerki, 79, Vivian, 84 (aq), Kolo muani, 90+5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest