"Oyunçularımdan heç kimi fərqləndirmək istəmirəm. Ağır mövsümün yorğunluğu da təsir göstərdi".

Bu gün gənclərdən ibarət Azərbaycan yığması yoldaşlıq oyununa Belarusa 3:1 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra millimizin baş məşqçisi Ayxan Abbasov Belarusun Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb:

"İlk 35 dəqiqədə hər şey alınırdı. Raul Məmmədovun zədələnməsi dən sonra durum rəqibin xeyrinə dəyişdi. Səhvlərimiz çox oldu və bunlardan nəticə çıxaracağıq. Növbəti yoxlama oyununu evdə keçirəcəyik. Yaxşı nəticəyə ümid edirik. Rəqib komanda bizdən daha hazırlıqlı idi. Oyunçularımdan heç kimi fərqləndirmək istəmirəm. Ağır mövsümün yorğunluğu da təsir göstərdi. İlk 35 dəqiqə bizə ümid verdi. Bunu davam etdirməyə çalışacağıq. Ruhdan düşmürük".

Qeyd edək ki, U-21 yığmamız növbəti yoxlama oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest