04 İyun 2025, 22:06
FUTBOL
Yığma komandamız Abbasovun təyinatından sonra ilk dəfə məğlubiyyətlə üzləşib – 3:1.
Bu gün gənclərdən ibarət Azərbaycan yığması (U-21) yoldaşlıq oyununa çıxıb.
Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Belarusla qarşılaşıb.
Yığma komandamız Abbasovun təyinatından sonra ilk dəfə məğlubiyyətlə üzləşib – 3:1. Millimizin yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Xatırladaq ki, iyunun 8-də gənclərdən ibarət yığma evdə Monteneqro komandası ilə qarşılaşacaq.