04 İyun 2025, 21:27
FUTBOL
"Kalyari" baş məşqçisi David Nikola ilə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 52 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.
Qeyd edək ki, o, 2024-cü ilin iyulundan "Kalyari"yə rəhbərlik edirdi. "Kalyari" A Seriyasının 2024/25 mövsümünü 36 xalla 15-ci pillədə başa vurub.