04 İyun 2025, 20:39
FUTBOL
Müdafiəçilər Kieran Tierney və yarımmüdafiəçi Jorginyo müqavilələrinin başa çatması səbəbindən Londonun "Arsenal" klubunu tərk ediblər.
Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
"Arsenal"da icarə əsasında çıxış edən hücumçu Rahim Sterlinq isə "Çelsi"yə qayıdır.
Qeyd edək ki, ötən mövsüm Tierney "Arsenal"ın heyətində bütün yarışlarda 20 oyun keçirib və 1 qol vurub. Jorginyo 27 matçda iştirak edib və 1 qol vurub. Sterlinq isə 28 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.