Niderland millisi və "Milan"ın mərkəz yarımmüdafiəçisi Teyani Reynders tezliklə "Mançester Siti"nin futbolçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, klublar futbolçunun transferi üçün 70 milyon avroya razılaşıb. Artıq bütün tərəflər arasında şifahi razılıq əldə olunub. Müqaviləni tamamlamaq və rəsmiləşdirmək üçün rəsmi addımlar atmaq qalır.

Reyndersin özü ilə isə müqavilənin detalları bir neçə gün əvvəl razılaşdırılıb.

Qeyd edək ki, ötən mövsüm Teyani Reynders "Milan"ın heyətində 54 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest