04 İyun 2025, 17:35
FUTBOL
"Sanderlend" "Roma"dan icarəyə götürdüyü Enzo Le Fe ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Premyer Liqaya yüksələn klub 23 milyon avro qarşılığında fransalı yarımmüdafiəçinin transfer hüquqlarına yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sanderlend" Enzo Le Feni bu ilin yanvar ayında icarəyə götürmüşdü. Futbolçu komandanın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.