04 İyun 2025, 16:26
FUTBOL
"Əl-Nəsr"in müdafiəçisi Aymerik Laport Türkiyə Super Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalan ispan futbolçunu heyətinə qatmaq istəyir. 31 yaşlı mərkəz müdafiəçisi özü dəAvropaya qayıtmaq və Çempionlar Liqasında oynamaq istəyindədir.
Qeyd edək ki, Aymerik Laport başa çatan mövsümdə "Əl-Nəsr"in heyətində keçirdiyi 30 oyunda 5 qol vurub.