"Qalatasaray"ın futbolçusu Taylan Antalyalı Super Liqada klubunu dəyişəcək.

Matc.az DHA-ya istinadən xəbər verir ki, türk yarımmüdafiəçi Super Liqaya yüksələn "Kocaelispor"a keçəcək.

30 yaşlı futbolçu "yaşıl-qaralar"la bütün şərtləri razılaşdırıb. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Taylan Antalyalı ötən mövsüm icarə əsasında "Bodrum"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest