"Mançester Siti" "Milan"da çıxış edən Tiyani Reyndersin keçidini həll edib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu Reynders üçün "Milan"a 70 milyon avro təzminat ödəyəcək. Niderlandlı yarımmüdafiəçi ilə də şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Transferin qısa zaman ərzində rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, Niderland millisinin üzvü olan 26 yaşlı futbolçu başa çatan mövsümdə "Milan"ın heyətində keçirdiyi 54 oyunda 15 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest