"Liverpul"un qapıçısı Kuvin Kelleher "Brentford"a keçib.

Matc.az xəbər verir kiBu barədə "qırmızılılar"ın rəsmi saytı məlumat yayıb.

Transferin dəyəri 14,8 milyon avrodur. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 26 yaşlı irlandiyalı 2015-ci ildə "Liverpul"a keçib. O, "qırmızılar"ın əsas komandasında 67 oyun keçirib, 79 qol buraxıb və 24 matçda qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest