04 İyun 2025, 00:38
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Luka Modriç "Milan"a keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, xorvatiyalı keçidi üçün şifahi razılıq verib. Milanlılar yaxın günlərdə 39 yaşlı futbolçu ilə müqavilə bağlaya biləcəklərinə əmindirlər.
Xatırladaq ki, "Real" daha əvvəl yarımmüdafiəçinin iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək klublararası dünya çempionatı başa çatdıqdan sonra komandanı tərk edəcəyini bildirmişdi.