03 İyun 2025, 20:12
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messinin atası Xorxe Messi Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Central do Arabao" paylaşıb.
Bildirilir ki, argentinalı futbolçu 2023-cü ilin yayında transfer olunduqdan sonra MLS-in inkişafındakı irəliləyişlərdən narazıdır. Messinin atası ilə aparılan danışıqlarda mümkün transferin təkcə idman tərəfinin deyil, həm də marketinq layihəsinin də müzakirə olunduğu vurğulanır. Lakin, hücumçunun hansı kluba keçə biləcəyi qeyd edilmir.
Xatırladaq ki, Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.