"Çelsi" yayda Joao Felişi satmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.

London klubu portuqaliyalı hücumçu üçün 30 milyon avro tələb edəcək. "Çelsi" 25 yaşlı oyunçu üçün icarəyə götürmək təkliflərini qəbul etməyəcək.

Qeyd edək ki, Joao Feliş bu ilin fevral ayında "Milan"a icarəyə verilib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest