03 İyun 2025, 16:16
FUTBOL
"Qalatasaray" müqaviləsi başa çatan və klubdan ayrılan Dris Mertensin yerinə oyunçu transfer etmək istəyir.
Matc.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul nəhəngi "Volfsburq"da çıxış edən Lovro Mayerin xidmətində maraqlıdır.
"Sarı-qırmızılar" xorvatiyalı futbolçu üçün onun klubu ilə danışıqlara başlayıb. "Qalatasaray" 27 yaşlı yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürməyə çalışır.
Qeyd edək ki, "Volfsburq" Lovro Mayeri 2023-cü ilin yayında "Renn"dən transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.