03 İyun 2025, 14:57
FUTBOL
Ötən mövsüm icarə əsasında "Trabzonspor"da çıxış etmiş Simon Banza Türkiyədə qala bilər.
Matc.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.
"Beşiktaş" konqolu hücumçunu transfer etmək istəyir. Futbolçunun müqavilə ilə məxsus olduğu "Braqa" onun üçün 15 milyon avro təzminat tələb edir. "Beşiktaş" isə bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, 28 yaşlı forvard ötən mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 39 oyunda 22 qol vurub, 7 qol ötürməsi edib.