03 İyun 2025, 13:27
FUTBOL
Rusiyanın ÇSKA klubu Azərbaycan Kubokunun qalibi olan "Sabah"ın baş məşqçisi Vasili Berezutskini təbrik edib.
Matc.az xəbər verir ki, Moskva təmsilçisi sosial şəbəkə hesabında sabiq futbolçularına təbriklərini çatdırıb:
"Vasili Berezutskini baş məşqçi kimi ilk kuboku, həmçinin "Sabah" klubunu tarixində ilk titulu qazanması münasibətilə ürəkdən təbrik edirik!"
Qeyd edək ki, "Sabah" ölkə kubokunun finalında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək tarixi ərzində ilk titulunu qazanıb.