"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Avropada qalmağa davam edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

30 yaşlı futbolçu "Əl-Hilal"dan aldığı sərfəli təklifi qəbul etməyib. Ulduz futbolçu karyerasını Avropada davam etdirmək istəyir.

Qeyd edək ki, Bruno Fernandeş başa çatan mövsümdə "Mançester Yunayted"in heyətində keçirdiyi 57 oyunda 19 qol vurub, 19 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest