03 İyun 2025, 11:10
FUTBOL
Çempionlar Liqasının qalibi olan PSJ bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Parislilər Milan Şkrinyar, Randal Kolo Muani, Karlos Soler, Nordi Mukiele, Marko Asensio və Renato Sançesi növbəti mövsüm üçün heyətdə düşünmür. Bu futbolçularla yolların ayrılacağı dəqiqdir.
PSJ sərfəli təklif gələcəyi təqdirdə Qonçalo Ramosla Kanq-İn Lini də satmağa hazırdır.