"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər  verir ki,  bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" "Əl-Hilal"ın fransalı futbolçu üçün göndərdiyi 30+5 milyon avroluq təklifini qəbul edib. 27 yaşlı sol cinah müdafiəçisi ərəblərin təklifini qəbul etsə, transfer rəsmiləşəcək.

Qeyd edək ki, Teo  Ernandes ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 49 oyunda 5 qol vurub, 6 qol ötürməsi  edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest