"Çelsi" heyətini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, "mavilər" "Sportinq"dan Dario Essuqonu transfer edib. Bu barədə klubun mətbuat xxidməti məlumat yayııb.

"Çelsi" Portuqaliya U-21 millisinin üzvü üçün Lissabon klubuna 23 milyon avro ödəyib. 20 yaşlı dayaq yarımmüdafiəçisi ilə 8 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  Dario Essuqo ötən mövsüm icarə əsasında "Las Palmas"da çıxış edib. Gənc futbolçu La Liqa təmsilçisinin heyətində keçirdiyi 29 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest