03 İyun 2025, 09:22
FUTBOL
"Atletiko" müqaviləsi başa çatan Koke ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi ispan yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü 2025/2026 mövsümünün sonuna kimi komandada qalacaq.
Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir. 33 yaşlı futbolçu başa çatan mövsümdə komandanın heyətində keçirdiyi 44 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.