Türkiyə milli komandasının heyətində ciddi itkilər baş verib.

Matc.az xəbər verir ki, "Trabzonspor"un qapıçısı Uğurcan Çakır, "Beşiktaş"ın hücumçusu Mustafa Hekimoğlu və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu heyətdən kənarlaşdırılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Hər üç futbolçu zədəlidir. Baş məşqçi Vinçentso Montella "Qalatasaray"ın yarımmüdafiiəçisi Ahmed Kutucunu heyətə daxil edib.

Qeyd edək ki, Türkiyə yığması ABŞ-da toplanış keçəcək. "Ay-ulduzlular" burada ABŞ millisi ilə, daha sonra Meksika ilə yoxlama oyunu keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest