Mauritsio Sarri bu gün "Latsio"nun gedişini elan etdiyi Marko Baroninin yerinə komandanın yeni baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Sarri 2021-ci ildən "qartallar"ı çalışdırsa da, ötən ilin martında öz istəyi ilə komandadan getmək qərarına gəlib. Sarrinin rəhbərliyi altında 2022/23 mövsümündə "Latsio" son illərdə ən böyük nailiyyətlərindən birinə imza atıb - A Seriyasında ikinci olub.

Baroni ilə isə ötən mövsümün sonunda "Latsio" İtaliya çempionatında 7-ci olub və avrokuboklara vəsiqə qazana bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest