02 İyun 2025, 14:18
FUTBOL
"Volfsburq"un futbolçusu Vatslav Çorni Türkiyədə çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Trabzonspor" çexiyalı vingeri transfer etmək istəyir. Super Liqa klubu Çorniyə illik 2 milyon avro maaş təklif edib. Futbolçu türklərin təklifini qəbul edib.
"Trabzonspor" 27 yaşlı oyunçunun kubuna isə 7 milyon avro təklif edib.
Qeyd edək ki, Vatslav Çorni ötən mövsüm icarə əsasında "Reyncers"in formasını geyinib.