02 İyun 2025, 12:57
FUTBOL
"Sportinq"in hücumçusu Viktor Dyökereş karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sunday Mirror" məlumat yayıb.
"Napoli" isveçli futbolçunu transfer etmək istəyir. İtaliya çempionu 26 yaşlı forvard üçün 75 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Viktor Dyökereş başa çatan mövsümdə "Sportinq"in heyətində keçirdiyi 52 oyunda 54 qol vurub, 13 qol ötürməsi edib.