"Arsenal"la müqaviləsi başa çatan Tomas Parti İspaniyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Barselona" yayda azad  agent statusunda olan qanalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. La Liqa çempionu artıq 31 yaşlı oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Arsenal" Tomas Partini 2020-ci ilin oktyabr ayında "Atletiko"dan transfer edib. Təcrübəli futbolçu başa çatan mövsümdə London təmsilçisinin heeyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest