02 İyun 2025, 10:58
FUTBOL
"Bavariya" "Milan"ın futbolçusu Rafael Leaonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
"Bavariya" rəsmiləri portuqaliyalı vingerlə danışıqlara başlayıb. Leao özü Almaniya klubuna keçməyə isti yanaşır.
"Milan" futbolçusunu satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 25 yaşlı oyunçu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, Rafael Leao başa çatan mövsümdə "Milan"ın heyətində keçirdiyi 50 oyunda 12 qol vurub, 13 qol ötürməsi edib.