01 İyun 2025, 23:00
FUTBOL
AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.
Matc.az xəbər verir ki, R. Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib: "Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm".
Qeyd edək ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.