Yeni mövsümə daha iddialı başlamaq istəyən "Turan Tovuz" bəzi futbolçularla yollarını ayıracaq.

Matc.az xəbər verir ki, Tovuz klubu xidmətindən yararlanmaq istəmədiyi futbolçuları müəyyənləşdirib.

Bunlar - İvan Konovalov (qapıçı), Araş Qaderi, Sadiq Quliyev, Kauan Martins (hər üçü müdafiəçi) Anton Kraçkovski, İsmayıl Zülfüqarlı və Tural Bayramlıdır (hər üçü yarımmüdafiəçi). Bu futbolçular növbəti mövsüm komandada olmayacaq.

Tovuz təmsilçisi yarımmüdafiəçi Veysəl Rzayev və hücumçu Orxan Əliyev ilə də yolları ayırmağa müsbət yanaşır. Bu futbolçular, təklif gələcəyi təqdirdə, komandadan göndəriləcək.

Qeyd edək ki, "Turan Tovuz" ötən mövsümü 55 xalla 4-cü pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest