01 İyun 2025, 19:46
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, yığmamız Sloveniya millisi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada millimiz 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Azərbaycan millisi daha əvvəl Macarıstana da eyni hesabla uduzub.
Millimiz növbəti turun oyunlarını 6-8 iyun tarixlərində Slovakiyada keçirəcək. Komandamızın rəqibləri ev sahibilə yanaşı Monteneqro millisi olacaq.