01 İyun 2025, 19:21
FUTBOL
"Tottenhem" Anje Postekoqlunu istefaya göndərmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat paylaşıb.
Bildirilir ki, onun yerinə əsas namizəd "Brentford"un çalışdırıcısı Tomas Frankdır.
Qeyd edək ki, Postekoqlou 2023-cü ildən "Tottenhem"i çalışdırır. Londonlular ötən mövsümü Premyer Liqada 17-ci yerdə başa vursalar da, Avropa Liqasını qazanaraq 2008-ci ildən bəri ilk kubklarını əldə edə biliblər.