01 İyun 2025, 17:25
FUTBOL
"Mançester Yunayted" 26 yaşlı hücumçu Mateus Kunyanın transferi ilə bağlı "Vulverhempton" ilə razılığa gəldiklərini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl mətbuatda futbolçunun müqaviləsinin 2030-cu ilə qədər nəzərdə tutulduğu bildirilirdi. Mançester klubu 62,5 milyon funt sterlinq (74 milyon avrodan çox) transfer məbləğini 4-5 il ərzində ödəyəcəyi vurğulanır.
Qeyd edək ki, ötən mövsüm Kunya bütün yarışlarda 36 matçda iştirak edib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib. 26 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2029-cu ilə qədərdır. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.