Klublararası dünya çempionatınıda 32 klub iştirak edəcək və 4 komandadan ibarət 8 qrupa bölünəcək.
"Los-Anceles"in "Amerika" üzərində 2:1 hesablı qələbəsindən sonra 2025-ci il iyunun 15-də başlayacaq klublararası dünya çempionatının (KDÇ) bütün iştirakçıları müəyyənləşib.
Matc.az xəbər verir ki, turnirdə 32 klub iştirak edəcək və 4 komandadan ibarət 8 qrupa bölünəcək. Hər kvartetdən iki ən güclü komanda pley-off mərhələsində çıxışlarını davam etdirəcək.
2025 Klublararası Dünya Çempionatında iştirak edəcək komandaların tam siyahısı:
UEFA: "Çelsi", "Mançester Siti", "Real" (Madrid), "Bavariya", PSJ, "İnter", "Porto", "Benfika", "Borussiya" (Dortmund), "Yuventus", "Atletiko" (Madrid), "Salzburq".
KONMEBOL: "Palmeyras", "Flamenqo", "Fluminense", "Botafoqo", "River Pleyt", "Boka Xuniors".
CONCACAF: "Monterrey", "Seatl Sounders", "Paçuka", "İnter Mayami", "Los Angeles".
AFC: "Əl-Hilal", "Urava Red Diamonds", "Əl-Ayn", "Ulsan HD".
OFC: "Okland Citi".
CAF: "Əl-Əhli", "Vidad", "Esperanse", "Mamelodi Sandauns".
Xatırladaq ki, FİFA bayrağı altında keçiriləcək turnirə görə, iyunun 1-dən 10-dək, iştirakçı klublar üçün turnir başlamazdan əvvəl yeni futbolçularla müqavilə imzalamağa imkan verən əlavə "transfer pəncərəsi" açılacaq.