Çempionlar Liqasında yarışın bombardirləri və ən məhsuldar futbolçuları müəyyənləşib.

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün final oyununda Milan "İnter"ini 5:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, turnirin sonunda yarışın bombardirləri və ən məhsuldar futbolçuları müəyyənləşib.

Turnirin əsas qollarını "Barselona"nın vingeri Rafinya və Dortmund "Borussiya"sının mərkəz hücumçusu Seru Qirassi vurub. Hər iki futbolçu 13 qol vurub.

Rafinya həm də Çempionlar Liqasında ən yaxşı ötürmə yarışında birinci yeri tutub. Onun 9 assisti var. Məhsuldar ötürmə yarışında ikinci yerdə parisli cinah oyunçusu Usman Dembele (6) qərarlaşıb.

Çempionlar Liqasının bombardirləri:

1. Rafinya ("Barselona") və Seru Qirassi ("Borussiya") – 13.
2. Robert Levandovski ("Barselona") və Harri Keyn ("Bavariya") – 11.
3. Lautaro Martinez ("İnter") – 9.
4. Usman Dembele (PSJ), Erlinq Haland ("Mançester Siti") və Vinisius Junior ("Real", Madrid) – 8.

Çempionlar Liqasının ən məhsuldar futbolçuları:

1. Rafinya ("Barselona") - 9.
2. Usman Dembele (PSJ) - 6.
3. Coşua Kimmix ("Bavariya"), Davide Zappakosta ("Atalanta"), Yulian Brandt ("Borussiya"), Ceremi Frimponq ("Bayer"), İqor Paysao ("Feyenoord"), Aşraf Hakimi (PSJ), Seru Qirassi ("Borussiya"), Şarl de Ketelar ("Atalanta") – 5.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest