"Sabah"ın 1-ci mərhələdəki bütün potensial rəqibləri bəllidir.
Bu gün gərgin mübarizədə "Qarabağ"a qalib gələn (3:2) və Azərbaycan Kubokunu qazanan "Sabah" futbol klubu Avropa Liqasında oynamaq hüququ qazanıb.
Matc.az xəbər verir ki, Vasili Berezutskinin komandası mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.
"Sabah"ın 1-ci mərhələdəki bütün potensial rəqibləri bəllidir. Bunlar "Şaxtyor" (Ukrayna), "Legiya" (Polşa), "Partizan" (Serbiya), "Şerif" (Moldova), "Kluj" (Rumıniya), "Hapoel" (Beer-Şeva, İsrail), "Selje" (Sloveniya) və "Spartak" (Slovakiya) klublarıdır.
Birinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 17-də keçiriləcək.
Qeyd edək ki, 1-ci turun oyunları iyulun 10-u və 17-də baş tutacaq. "Sabah" Avropa Liqasında məğlub olacağı təqdirdə, Konfrans Liqasının 2-ci mərhələsində yoluna davam edəcək.
Avrokuboklardə ölkəmizi təmsil edən "Zirə" və "Araz-Naxçıvan" avrokubokda mübarizəyə məhz bu mərhələdən başlayacaq. Onların potensial rəqiblərinin tam siyahısı isə sabah müəyyənləşəcək.