"Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik".

Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Matc.az xəbər verir ki, oyundan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

- Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdi. Onların əməyidir. "Sabah"ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm. 

- Kuboku qazanmaq postunuzda qalmağınızın təminatıdır?
- Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək.

- Özünüz qalmaq istəyirsiz?
- Eşidəcəksiz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik. 

- Siz gəldikdən sonra "Sabah" "Qarabağ"a uduzmur. Kuboku qazanmağınız da göstərdi ki, əbəs yerə deyilmiş. Hansı reseptdir ki, "Qarabağ"a uduzmursuz?
"Qarabağ" Azərbaycanda dominantlıq edən klubdur. Hansısa qlobal resept yoxdur. Bu sadəcə uşaqların əməyidir. Hansısa sirr deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest