Millimizin baş məşqçisi Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyətdə 26 futbolçu saxlayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyətdə 26 futbolçu saxlayıb.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
1. Rəvan Mirzəmmədov ("Sabah")
2. Xəyal Fərzullayev ("Sumqayıt")
3. Səlim Həşimov ("Zirə")
4. Elgün Dünyamalıyev ("Sabah")
5. Raul Məmmədov ("Mingəçevir")
6. Nadir Orucov ("Sumqayıt")
7. Amin Rzayev ("Qarabağ")
8. İbrahim Ramazanov ("Qəbələ")
9. Ayxan Süleymanlı ("Sumqayıt")
10. Emin Rüstəmov ("Səbail")
11. Sənan Muradlı ("Sumqayıt")
12. Rüfət Abbasov ("Şamaxı")
13. Oruc Məmmədov "Səbail")
14. İbrahim Hacı ("Qarabağ")
15. Dinamin Bağırov ("Turan Tovuz")
16. Şahin İbrahimov ("Sabah")
17. Murad Məmmədov ("Neftçi")
18. Nihad Əhmədzadə ("Sumqayıt")
19. Həsən Nəzərli ("Ankaragücü", Türkiyə)
20. Edqar Adilxanov ("Şamaxı")
21. Emil Süleymanov ("Qəbələ")
22. Elcat Məmmədov ("Baltika", Rusiya)
23. Sadiq Baqiyev ("SKA Xabarovsk", Rusiya)
24. Sadiq Şəfiyev ("Kəpəz")
25. Nihat Mehrəliyev ("Qarabağ")
26. Ağadadaş Salyanskiy ("Neftçi")