31 May 2025, 17:12
FUTBOL
"Tottenhem" eyni anda 4 futbolçunun komandadan ayrıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçılar Freyzer Forster və Alfi Uaytman, müdafiəçilər Serxio Reqilon və Timo Verner komandanı tərk ediblər.
Forster, Uaytman və Reqilonun müqavilələrinin vaxtı başa çatıb. Verner isə icarə müddəti bitdikdən sonra "Leypsiq"ə qayıdıb.
Xatırladaq ki, "Tottenhem" ötən mövsüm Premyer Liqanı 38 xalla 17-ci yerdə tamamlayıb. Avropa Liqasının isə qalibi olub.